Səudiyyə aeroporta hücumla bağlı BMT TŞyə şikayət etdi VİDEO


Dünya 14 İyn 2019 17:49:00 250 0

Səudiyyə aeroporta hücumla bağlı BMT TŞyə şikayət etdi  VİDEO

Səudiyyə Ərəbistanı Husi yaraqlılarının mülki hava limanına ballistik raket atması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Müraciətdə İranın da "bostanına daş atılıb". İddiaya görə, İran hökuməti "transsərhəd terror aktlarını dəstəkləməyə davam edir və Husi üsyançılarına yardım etməsi beynəlxalq qətnamələrin tələblərini pozur".

Ər-Riyad bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ballistik raket hücumlarının qarşısını almaq və günahkarların beynəlxalq humanitar hüquq əsasında məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz ölçülər götürəcək.

Xatırladaq ki, iyunun 12-də Husi üsyançı hərəkatına aid yaraqlılar Əbha beynəlxalq aeroportunu raket atəşinə tutmuşdu. Raketlərdən birinin liman ərazisinə düşməsi nəticəsində 26 nəfər yaralanmışdı.