"İtə də bir əppək borcu var"


Şou-biznes 14 İyn 2019 17:17:00 266 0

"İtə də bir əppək borcu var"

Müğənni-bəstəkar Hacı Nazim Məmmədov "5/5" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı sənətçiyə "Hansı müğənnidir ki, itə də bir əppək borcludur" sualını ünvanlayıb. Hacı Nazim isə ad çəkmədən Rəqsanə İsmayılovaya söz atıb:

"Çoxdur, ad çəkməklə aram yoxdur. Mənə borcu olan da var. Bu haqda mətbuatda yazmışdım. Yenidən ona qayıtmaq istəmirəm. İtə də bir əppək borclu olandan bütün mətbuat yazıb. İndi ha onu denən, tövbə edəcək?".

Qeyd edək ki, bir neçə il əvvəl Rəqsanə ilə Nazim arasında pul qalmaqalı yaşanmışdı. Türkiyədə Caner Tepecik adlı mmusiqiçi nazim vasitəsilə Rəqsanəyə mahnı aranjiman etdiyini, amma pulunu almadığını bildirmişdi. "Nazimə görə, Rəqsanəyə 4 mahnı aranjiman etdim, 16 min dollar verməli idi. Amma mahnı hazır olsa da, ödəmədi. 1 ay sonra isə dedi ki, ödəyə bilməyəcəm" deyə, musiqiçi açıqlamasında demişdi.