Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı:


Dünya 14 İyn 2019 17:09:00 212 0

Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı:

Gürcüstanın Tuşeti bölgəsində turistləri aparan avtomobil dərəyə yuvarlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub.

Daha 1 nəfərin isə xəsarət aldığı deyilir. Avtomobildə nə qədər turistin olduğu və turistlərin milliyəti barədə hələlik məlumat verilməyib.

Qəza yerində təcili yardım briqadaları və xilasedicilər işləyir.