Bakıda “Şimal-Cənub” layihəsinin reallaşdırılması və regional inteqrasiya perspektivləri müzakirə olunub


Digərləri 14 İyn 2019 16:28:57 201 0

Bakıda “Şimal-Cənub” layihəsinin reallaşdırılması və regional inteqrasiya perspektivləri müzakirə olunub

TREND Beynəlxalq İnformasiya Agentliyində keçirilmiş “Şimal-Cənub” nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri” mövzusunda Moskva-Bakı videokörpüsü zamanıekspertlər “Şimal-Cənub” layihəsini müzakirə edib

Bakı. Mətanət Nəsibova - TREND Beynəlxalq İnformasiya Agentliyində keçirilmiş “Şimal-Cənub” nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri” mövzusunda Moskva-Bakı videokörpüsü zamanı ekspertlər “Şimal-Cənub” layihəsini müzakirə edib. Tədbirin moderatorları Bakıda UNEC araşdırmalar mərkəzinin prezidenti Fərhad Əmirbəyov, Moskvada “Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova olub. Müzakirələr zamanı rusiyalı və azərbaycanlı ekspertlər yeni regional nəqliyyat dəhlizlərinin yaradılması və Rusiyanın iştirakı ilə inteqrasiya layihələrinə Cənubi Qafqaz ölkələrindən tərəfdaşların qoşulması perspektivləri barədə fikir mübadiləsi aparıb. Rusiyalı iqtisadçı Aleksandr Karavayev bildirib ki, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi reallaşdırılmanın ilkin mərhələsindədir, amma dəmir yolu yük daşımaları baxımından mövcud reallıqlarda aktuallığını qoruyur. Onun sözlərinə görə, tərəfdaş ölkələrin nəqliyyat dəhlizinə qoşulması fikri trans-regional əməkdaşlıq baxımından çox aktuallaşıb: “Eyni zamanda, bu layihənin reallaşdırılmasının birinci və vacib elementi Bakı-Moskva-Tehran müstəvisində münasibətlərin inkişafıdır. Hesab edirəm ki, avqustda Moskvada baş tutacaq üçütərəfli sammitdə üç ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas trendləri nəzərdən keçiriləcək”. Eyni zamanda rusiyalı ekspert Stanislav Pritçin deyib ki, “Şimal-Cənub” nəqliyyat layihəsi geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır, eləcə də iqtisadiyyatın real sektoruna yönəlib. O qeyd edib ki, dünyada əsas trendlərdən biri regionallaşmadır: