Kıvanç Tatlıtuğ milyonluq “Ferrari”sini sata bilmir


Digərləri 14 İyn 2019 16:04:00 275 0

Kıvanç Tatlıtuğ milyonluq “Ferrari”sini sata bilmir

Məşhur aktyor Kıvanç Tatlıtuğ 200 min avroya aldığı "Ferrari"sini satışa çıxardı.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktyor maşına alıcı tapa bilmir. Avtomobil 1998-ci il istehsalıdır.

Kıvançın avtomobil və motosikletlərə olan həvəsini hamı bilir. "Ferrari Spider F1" modelini isə satmaq qərarına gəlib. Amma onun avtomobili satılmır. Avtomobil Kuruçeşme səmtindəki bir qalereyadadır və bir aydan çoxdur ki, alıcısını gözləyir.

Qeyd edək ki, Kıvançın bundan başqa 3 lüks avtomobili də var.


Xəbərə aid fotolar