Azərbaycanda şagirdlər məktəb direktorunu döydülər


Digərləri 14 İyn 2019 15:50:20 206 0

Azərbaycanda şagirdlər məktəb direktorunu döydülər

Bu gün İmişli rayonunda dərs ilinin başa çatması münasibəti ilə keçirilən tədbirdə İmişli şəhər 1 saylı orta məktəbin direktoru Akif Quliyevlə məktəbi bitirən şagirdlər arsında əlbəyaxa dava baş verib.

Son.az vətəninfo.az-a istinadən xəbər verir ki, hadisə zamanı şagirdlər məktəb direktorunu döyərək ciddi xəsarət yetiriblər.

Məlumata görə, polis işə qarışaraq Akif Quliyevin burnunu sındıran şagirdlər polis bölməsinə aparılıblar.

Faktla bağlı cinayət işinin açıldığı bildirilir.