Sevda: "Metroya minənlər məşhurlardan əskik deyil"


Şou-biznes 14 İyn 2019 15:59:00 257 0

Sevda: "Metroya minənlər məşhurlardan əskik deyil"

"Yay üçün mahnı, fotosessiya təqdim etdim. Artıq bu mövsüm üçün bitdi. Yeniliklərim növbəti mövsümdə olacaq".

Son.az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Sevda Yahyayeva deyib. Yay mövsümünü istirahətinə həsr edəcəyini deyən sənətçi bunun üçün xaricə üz tutacaq.

Sevda son günlər Xalq artisti Nazpəri Dostəliyevanın qalmaqala səbəb olan "Metro, avtobus sənət adamları üçün deyil" sözlərinə münasibət bildirib:

"Tək bizdə yox, dünyada belədir: Ulduzlar küçədə rahat gəzir. Bizdə münasibət bundan da üstündür. Konsertlərdə gəlib şəkil çəkdirmək istəyən olur. Normal formada yaxınlaşır, çəkdirir. Kimsə hücum etmir. Tez-Tez bulvara gəzməyə çıxıram. Normal qarşılanır. Durub bunu yalandan şişirtmək olmaz ki, ay belədir, qırğındır. Tək mənə yox, hamıya qarşı belədir.