1 yaşlı qızını damdan atan kişi cəzasız qaldı


Dünya 14 İyn 2019 13:29:00 251 0

1 yaşlı qızını damdan atan kişi cəzasız qaldı

Etiraz əlaməti olaraq qızını damdan atan kişi azadlıqdadır.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, kişi qızını damdan atmaqla ona yaxınlaşan polisləri qorxutmaq istəyib.

Hadisə ötən ilin aprel ayında Cənubi Afrikada, Kvadvesidə baş verib.

Evlərin sökülməsinə etiraz əlaməti olaraq 1 yaşlı qızını damdan atan 37 yaşlı kişi yüngül cəza aldıqdan sonra sərbəst buraxılıb.

Polislərin çevikliyi sayəsində uşağı havada tutmaq mümkün olub.


Xəbərə aid fotolar