Ərdoğan səlahiyyətlərini təhvil verdi


Dünya 14 İyn 2019 12:34:00 275 0

Ərdoğan səlahiyyətlərini təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Resmi gazete" nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Tacikistana səfəri ilə əlaqədardır.

Bildirilir ki, R.T.Ərdoğan Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak etmək üçün Tacikistana səfər edir.