Polislər üçün lüks avtomobil


Dünya 14 İyn 2019 10:49:00 253 0

Polislər üçün lüks avtomobil

Birləşmiş Ərəb Əmirlikləri yerli polislər üçün lüks avtomobillər alıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət "Lykan HyperSport Special Forces" model maşından gedir.

Avtomobilin birinin qiyməti 3,7 milyon dollardır və sadəcə, 7 ədəd istehsal edilib.

Say məhdud olduğundan maşınlardan paytaxt Abu-Dabidə istifadə olunacaq.

"Lykan HyperSport Special Forces" 3,7 litrlik turbo mühərrikə sahibdir. 740 at gücündədir və 0-dan 100 km/s surətə 2,8 saniyədə çatır. Bu göstərici 0-dan 200 km/s surətə 9,4 saniyədir.


Xəbərə aid fotolar