Xırdalanda gecə motosiklet qəza törətdi
Digərləri 14 İyn 2019 10:04:00 250 0
Ötən gecə Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.
Son.az Trend-ə istinadən xəbər verir ki, qəza Xırdalan dairəsinin yaxınlığında qeydə alınıb. Motosikletin qəza dörədməsi nəticəsində 1999-cu il təvəllüdlü Nuray Etibar qızı dünyasını dəyişib. Qəzada daha iki nəfər xəsarət alıb.
Onlar 2005-ci il təvəllüdlü Fərəczadə Ramal Ramil oğlu və 1996-cı il təvəllüdlü Bəkirov İlkin Mürsəl oğludur.
Baş vermiş hadisənin təfərrüatları araşdırılır.
Mənbə: milli.az