Məşuqəsini öldürən rayon rəhbəri ilk dəfə danışdı


Dünya 14 İyn 2019 08:07:00 211 0

Məşuqəsini öldürən rayon rəhbəri ilk dəfə danışdı

Məşuqəsi Yevgeniya İsayenkovanın qətlində günahlandırılan Ramenski rayonunun keçmiş rəhbəri Andrey Kulakov ilk dəfə qətllə bağlı açıqlama verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həbsxanada saxlanma şəraitindən razı olduğunu bildirən rəhbər cinayət baş verərkən arvadı və oğlunun yanında olduğunu bildirib və növbəti dəfə qətldə iştirakını inkar edib. "Yevgeniya tez özündən çıxan idi. Hansısa xəbəri öyrənən kimi dərhal ona reaksiya göstərirdi" sözləri ilə sevgilisini xarakterizə edən Kulakovun məhkəməsi iyunun 24-nə saxlanılıb. Həmin tarixədək daha bir iclas nəzərdə tutulub.

Xatırladaq ki, Yevgeniya İsayenkova mayın 31-də Moskvaətrafında avtomobilində boğulmuş vəziyyətdə tapılıb. Onun qətlində Kulakov şübhəli bilinir. Hadisə yerindən rayon rəhbərinə aid DNT nümunələri tapılıb.