10 dərdin 1 dərmanı Səhər acqarına su içməyin İNANILMAZ FAYDALARI


Digərləri 14 İyn 2019 07:07:00 257 0

10 dərdin 1 dərmanı  Səhər acqarına su içməyin İNANILMAZ FAYDALARI

Hər gün bol-bol su içmək insan orqanizmi üçün inanılmaz dərəcədə faydalıdır.

Son.az xəbər verir ki, 1-4 fincan arası suyu acqarına içərək bu faydaların sayını artırmaq olar.

İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Əzələlərin 75, beynin 90, sümüklərin 22, qanın 83%-i sudur. Buna görə də su həyat üçün əvəzolunmazdır. Problemsiz və sağlam şəkildə fəaliyyət göstərmək üçün bütün orqanlar suya ehtiyac duyar.

Nə zaman su içməli? Acqarına su içməyin faydaları nədir?

1. Səhər yeməyindən öncə 1 və ya 2 fincan su içmək bədəni zərərli maddələrdən təmizləyir və orqanlarımızın ehtiyac duymadığı maddələrin xaric edilməsinə kömək edir. Bunun sayəsində hər günün başlanğıcında su içmək metabolizmi sürətləndirir, xəstəliklərə qarşı müqaviməti artırır.

2. Gecə boyu bədənimiz hüceyrələrini təmir edərək özünü yeniləməyə çalışır. Səhər acqarına 1 fincan su içmək əlavə maddələrin sidik yolu ilə atılmasını təmin edir.

3. Acqarına 1 və ya bir neçə fincan su içmək spirtli içki, tütün, çirklilik və yanlış qidalanmanın bədənimizdə yaratdığı zərərli təsirləri azaldır.

4. Su dərinin ən yaxşı dostlarından biridir və dərinin sağlamlığı üçün vacibdir. Acqarına 2 fincan su içmək dərinin elastikliyini və gərginliyini qorumasına yardımçı olur. Dərinin tez qocalmasının və qırışmasının qarşısını alır.

5. Səhər acqarına su içmək yaşamaq üçün vacib olan orqanların su ehtiyacını qarşılayır və sağlam işləmələrinə kömək edir.