İyun ayında üzümlüklərə necə qulluq etmək lazımdır mütəxəssis məsləhəti


Digərləri 13 İyn 2019 23:52:00 75 0

İyun ayında üzümlüklərə necə qulluq etmək lazımdır  mütəxəssis məsləhəti

İyun ayında üzümlüklərdə aparılan aqrotexniki, aqrokimyəvi və bitki mühafizəsi tədbirləri bol və keyfiyyətli məhsul əldə edilməsində mühüm rol oynayır.

Son.az bildirir ki, AZƏRTAC bununla bağlı Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimovun fermerlərə tövsiyələrini təqdim edir:

May ayında aparılan aqrotexniki tədbirlər iyunda dağlıq və dağətəyi rayonlarda da aparılır. Çünki həmin bölgələrdə tumurcuqların açılması, tənəyin çiçəkləməsi aran zonalarına nisbətən gec başlayır (10-15 gün). Ona görə də may ayının ortaları və axırlarında aparılan bir sıra tədbirlər, o cümlədən üzümlüklərdə torpağı yumşaq və alaq otlarından təmiz vəziyyətdə saxlamaq üçün cərgə aralarında və cərgələrdə yumşaltma aparılır.

Tənəklərin katarovkası başa çatdırılır. Tənəyin ştambı və qolları üzərində yaşıl zoğların uzunluğu 8-10 santimetrə çatdıqda haramı zoğlar vurulur, artıq yaşıl hissələr qoparılır. Yaşıl zoğların üzərində çiçək qrupları göründükdə, yəni birinci yaşıl əməliyyatdan təxminən 10 gün sonra çiliklər və bar zoğları üzərində ikinci dəfə yaşıl zoğların bağlanması işi aparılır. Çiçəklərin tökülməsinin qarşısını almaq üçün çiçəkləməyə bir neçə gün qalmış zoğların ucları qoparılmalı və birinci yaşıl bağlama aparılmalıdır. Zoğ uclarının vurulması zamanı gələcək bar zoğlarının uclarının qoparılması vacib deyil. Bu əməliyyatlardan sonra yaşıl bağlama işi davam etdirilir. Profilaktiki dərmanlama işləri iyun ayında dağlıq bölgələrdə davam etdirilir. Eləcə də, yaşıl əməliyyatlar, əlavə tozlandırma və suvarma işləri görülür.

Suvarmadan və yağışlardan sonra torpaqda hiqroskopik nəmliyi saxlamaq, torpaqdakı kapilyarlığı pozmaq üçün cərgə və bitki araları 12-15 santimetr dərinlikdə yumşaldılır.

Üzümlüklərdə yemləmə, suvarma, xəstəlik (mildiu, oidium, antraknoz) və zərərvericilərə (gilə qurdu) (10-14 gündən bir) qarşı mübarizə işləri təkrarlanmalı, giləqurdu tırtıllarına və tor gənəciyinə qarşı mübarizə davam etdirilməlidir. Tor gənəciyinin zəhərli kimyəvi maddələrə tez uyğunlaşmasını nəzərə alaraq tətbiq olunan preparatlar növbə ilə işlədilməlidir. Birinci çiləmə zamanı məhv olmayan yumurtalardan çıxan cavan gənəciklərə qarşı mübarizənin səmərəli olması üçün bu tədbirdən 8-10 gün sonra ikinci və bundan 2-3 həftə sonra üçüncü çiləmə aparılmalıdır. Giləqurduna qarşı mübarizə aparmaq üçün kəpənəklərin kütləvi uçuşu təyin edildikdən sonra müvafiq insektisidlərdən (Super takmetrin, Arrivo, Fastak, Supermetrin 0,35-0,50 l/ha dozasında və s.) istifadə edilməlidir. Bundan başqa Poliqor, Nugor, Priban-4, Alban-4, Drusban-4 insektisidlərindən 2,0-2,5 l/ha dozası ilə mübarizə aparıla bilər.

Giləqurduna qarşı insektisidlər mildiu, oidiuma qarşı və kökdənkənar yemləmə kimi istifadə edilən bir çox funqisid və mikrogübrələrlə də qarışdırıla bilər. Bu, işin səmərəsini yüksəldir, çiləmələrin sayı azalır və çiləməyə çəkilən əlavə xərclərin qarşısını alınır. Bunun üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun sınaqdan keçirdiyi kompleks mübarizə üsulundan istifadə etmək olar. Belə ki, Ridomil 2.5 kq/ha+ Kumulus 5.0 kq/ha + Super Takimetrin 0.35 l/ha+Super Heksal, yaxud Elifer Kombi, Razormin 2.0 l/ha qarışığından istifadə etmək məqsədəuyğundur.

İyunun ikinci yarısında çiçəkləmədən sonra biclər qoparılır, yaşıl zoğların ikinci dəfə bağlanması aparılır, artıq yaşıl zoğlar qoparılaraq qozalama fazasında havalanmanın yaxşı getməsi üçün tədbirlər görülür.

Dağlıq və dağatəyi üzümlüklərdə may ayının axırları və iyun ayının əvvələrində çiçəkləmə dövrlərində müşahidə edilən güclü və isti küləklər, intensiv yağışlar, aşağı (15ºC-dən aşağı) və yüksək temperatur (30ºC-dən yuxarı), həddən artıq günəş işığı ilə işıqlanma çiçəkləmənin və mayalanmanın normal getməsinə mənfi təsir edir, göbələk xəstəliklərinin güclü inkişafına münbit şərait yaradır və sonda məhsuldarlıq kəskin aşağı düşür.

Azərbaycan nefti ucuzlaşır like
  • 13 İyn 23:43  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 13 İyn 23:40  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
ABŞ: "İran Oman Körfəzində tanker hücumlarına görə məsuliyyət daşıyır" like
  • 13 İyn 23:25  
Dünya ABŞ: "İran Oman Körfəzində tanker hücumlarına görə məsuliyyət daşıyır"

İran hakimiyyəti Oman Körfəzindəki iki tankerə edilən hücuma görə məs

arrow Ətraflı
Rusiyalı idmançının oğlu anasını öldürdü like
  • 13 İyn 23:16  
Digərləri Rusiyalı idmançının oğlu anasını öldürdü

Xokkey üzrə Rusiya millisinin sabiq üzvü Maksim Sokolovun 18 yaşlı oğlu a

arrow Ətraflı
ABŞ: İran Oman Körfəzində tanker hücumlarına görə məsuliyyət daşıyır like
  • 13 İyn 23:15  
Digərləri ABŞ: İran Oman Körfəzində tanker hücumlarına görə məsuliyyət daşıyır

İran hakimiyyəti Oman Körfəzindəki iki tankerə edilən hücuma görə məs

arrow Ətraflı
Eyvanda paltar qurutmayın  Allergiyası olanların diqqətinə like
  • 13 İyn 23:12  
Digərləri Eyvanda paltar qurutmayın Allergiyası olanların diqqətinə

Bəzi çiçəklərə qarşı allergiyası olan şəxslərə eyvanlarda paltar qu

arrow Ətraflı
Harvard professoru uzun yaşamağın sirrini açdı like
  • 13 İyn 22:53  
Digərləri Harvard professoru uzun yaşamağın sirrini açdı

Həftə ərzində 150 dəqiqə gəzinti yaşlı insanlara dünyanın bir çox ö

arrow Ətraflı
Qarabağda erməni əsgər öldü like
  • 13 İyn 22:49  
Digərləri Qarabağda erməni əsgər öldü

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan ordus

arrow Ətraflı