Qarğıdalını yağla yeyin qəbizlik, ürəkdamar xəstəliklərində faydalıdır


Digərləri 13 İyn 2019 23:30:00 220 0

Qarğıdalını yağla yeyin  qəbizlik, ürəkdamar xəstəliklərində faydalıdır

Hər dənəsində şəfa olan qarğıdalının vətəni Cənubi Amerikadır. Həkimlər, sağlamlığımız üçün qarğıdalı yeməyimizin vacib olduğunu söyləyirlər. Qarğıdalının tərkibində B1 vitamini, patotonik turşusu, B5 vitamini, B3 vitamini, C vitamini bol miqdarda vardır. Fosfor, maqnezium mineralları baxımından zəngin olan qarğıdalı tam bir vitamin və mineral qaynağıdır.

Qarğıdalının faydaları saymaqla bitmir.

Son.az medicina.az-a istinadən bildirir ki, vitamin və minerallarla zəngin olan qarğıdalı bir çox xəstəliklər və pozulmalar zamanı faydalı sayılır.

Mütəxəssislər qarğıdalını kərə yağı ilə yeməyi tövsiyə edirlər. Bu halda qarğıdalının tərkibində olan vitaminlər orqanizm tərəfindən daha yaxşı mənimsənilir.

Həmçinin kərə yağı ilə qarğıdalı qəbizlik, qaraciyər xəstəlikləri, ürək və damar xəstəlikləri zamanı faydalıdır, nefrit və podaqra zamanı ağrıları azaldır.