Liposaksiya əməliyyatında ölüm halları niyə artır? Plastik cərrah səbəbi açıqladı


Digərləri 13 İyn 2019 22:08:00 268 0

Liposaksiya əməliyyatında ölüm halları niyə artır?  Plastik cərrah səbəbi açıqladı

Son zamanlar estetik əməliyyatlarla  arıqlamaq, istədiyi bədən formasına sahib olmaq istəyi insanlar arasında geniş yayılıb. Bu üsulla daha qısa müddətdə qalıcı nəticə əldə etmək mümkün olduğu üçün  xüsusən qadınlar piylərini liposaksiya metodu ilə, piy sovurma ilə kənarlaşdırmağa üstünlük verirlər. 

Ancaq son zamanlar əslində təhlükəsiz kimi bilinən, təqdim olunan liposaksiya proseduru bir çoxlarının həyatına son verib. Təkcə Azərbaycanda hələ mətbuata məlum faktlar il ərzində 4-5 nəfəri keçir. 

Həkimlər bu əməliyyatın xəstənin həyatı üçün təhlükəsiz olduğunu bildirsələr də, fakt faktlığında qalır.

Niyə bu kiçik əməliyyat ölümə yol açır? Həkim səriştəsizliyi yoxsa, risk? Hansı xəstələrə  bu proseduru etdirmək olmaz? 

Son.az bildirir ki, medicina.az bütün bu sualları plastik-estetik cərrah Bəxtiyar Qəhrəmanova ünvanlayıb. Həkim bildirib ki, liposaksiya əməliyyatının həyata keçirildiyi cihazlar son illər çox təkmilləşib və uğurun yarısı da bu cihazlardan asılıdır.

"Bu cihaz dəri altındakı piy toxumasını əridib, maye halına salaraq sovurub çıxarır. Həmin piy kütləsi yenidən işlənərək, bədənin müəyyən nahiyələrinə yeridilərək şəkilləndirilir. 

Prosedur zamanı yaranan piy və ağciyər emboliyası xəstənin həyatına son qoya bilər. Əslində sadalanan bu problemlər daha köhnə model aparatlarla edilən əməliyyatlarda müşahidə edilir. Bu zaman  aparat piy toxumasını zədələyir, qan dövranını pozur, piy parçası qan damarlarına düşərək tənəffüs yollarını tutur, xəstənin vəfat etməsinə gətirib çıxarır.