Məşhur onkoloq xərçəngin əmələgəlmə səbəblərini açıqladı


Digərləri 13 İyn 2019 21:41:00 215 0

Məşhur onkoloq xərçəngin əmələgəlmə səbəblərini açıqladı

Son illərdə onkoloji xəstəliklərin təsadüf olunma göstəriciləri artıb. Ən çox yayılanı kişilər arasında ağciyər, prostat vəzi, qadınlar arasında süd vəzi xərçəngidir. Bəzi şiş növləri arasında isə azalma və stabillik görünür. Məsələn, əvvəllər ən çox mədə xərçəngi ilə qarşılaşırdıq, amma son illər bu stabilləşib.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu məşhur onkoloq, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

"Baxmayaraq ki, mən özüm onkoloqam, bu sahənin mütəxəssisiyəm - deyə bilərəm ki, onkoloji xəstəliklərin əmələ gəlmə səbəbini dəqiq bilmirik", - deyən komitə sədrinin sözlərinə görə, bütövlükdə dünyanın aparıcı klinikalarında bir neçə min xəstə üzərində aparılan genişmiqyaslı tədqiqatlar təsdiq edib ki, onkoloji xəstəliklərin əmələ gəlməsində birinci yeri qida faktoru tutur.

"İkinci yerdə siqaret çəkmək və ətraf mühit, üçüncü reproduktiv münasibətlərin pozulması - reproduksiyadır. Repruduksiya dedikdə, övlad dünyaya gətirmək, körpəyə süd vermək, qadınların ailə qurmaq yaşı və s. başa düşülür. Bu faktorlar xərçəngin əmələ gəlməsinin təxmini 65-70 faizini təşkil edir.

Bizim qəbul etdiyimiz qidalar hətta mədə-bağırsaqla əlaqəli olmayan onkoloji xəstəliklərin yaranması ilə nəticələnir. Həddindən artıq heyvani piylərlə zəngin, konservləşdirilmiş, qızardılmış qidalar, qırmızı ət ölkəmizdə qida rasionunun əsasını təşkil edir.

Hansı ölkələrdə ki balıq və ağ ət adlandırdığımız toyuq ətindən istifadə olunur, meyvə-tərəvəz qida rasionunda xüsusi yer tutur, bitki mənşəli qidalardan daha çox istifadə edirlər, həmin ölkələrdə bir çox onkoloji patologiyaların sayı azdır.