Hindistan özünün kosmik stansiyasını yaradacaq
Digərləri 13 İyn 2019 20:13:55 179 0
Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı 2030-cu ilədək özünün kosmik stansiyasını yaratmağı düşünür
Bakı.
Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı 2030-cu ilədək özünün kosmik stansiyasını yaratmağı düşünür.
Trend-in məlumatına görə, ilkin planlara əsasən Hindistan 20 tonluq stansiya yaradacaq.
Bu stansiyada kosmonavtlar 15-20 gün keçirəcək.
Qeyd olunur ki, Hindistan bu stansiyanın reallaşdırılması üçün heç bir ölkədən yardım istəməyəcək.
Mənbə: az.trend.az