Rusiya AŞPAya ultimatum verib


Dünya 13 İyn 2019 19:34:00 230 0

Rusiya AŞPAya ultimatum verib

Rusiya iyunun 26-da Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətlərinin bərpasını tələb edir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edib.

Onun sözlərinə görə, həmin gün baş tutacaq Avropa Şurası baş katibinin seçkiləri Rusiyanın iştirakı olmadan keçirilsə, o zaman yeni baş katibin mandatı şübhə altına düşəcək.

V.Volodin qeyd edib ki, AŞPA-nın yay sessiyasında Rusiya nümayəndə heyətinin iştirakına dair Federasiya Şurasının sədri Valentina Matviyenko ilə birgə imzalayacağı ərizədə bu şərt əksini tapacaq: "AŞPA iyunun 24-də milli nümayəndə heyətlərinin iştirakına dair məruzəni qəbul etsə, Rusiya həmin gün iyun sessiyasında iştiraka dair ərizəsini təqdim edəcək. Yox, əgər AŞPA Rusiyanı hansısa səlahiyyətlərdən məhrum etsə, Rusiya nümayəndə heyəti assambleyanı tərk etmək hüququnu özündə saxlayır".