Mübariz Qurbanlı: "Azərbaycanda əhalinin təxminən 78 faizi dini ayinləri məscidlərdə icra edir"


Digərləri 13 İyn 2019 19:24:00 243 0

Mübariz Qurbanlı: "Azərbaycanda əhalinin təxminən 78 faizi dini ayinləri məscidlərdə icra edir"

"Azərbaycanda əhalinin məscidlərə dini ayinlərdə iştirakı ilə bağlı monitorinq aparırıq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı deyib ki, aparılan monitorinqlər onu göstərir ki, Azərbaycanda əhalinin təxminən 7-8 faizi dini ayinlərini məscidlərdə icra edir:

"Bakıda 134 məsciddə də aparılan monitorinq nəticələri eyni statistikanı verir. Bu o demək deyil ki, ölkədə əhalinin dinə olan inancları fərqlidir və ya dini ayinləri icra etmir. İnsanlar dini ayinləri adətən öz evlərində icra edir və bu onların şəxsi seçimləridir. Burada heç bir məcburiyyət yoxdur və heç kim irad tutula bilməz.