Unibank müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı


Digərləri 13 İyn 2019 16:27:00 61 0

Unibank müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı

"Unibank"ın  "Bahar lotereyası"nın ikinci (sonuncu) tirajının qalibləri artıq müəyyən edilib. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsilə seçilib.

Fazil Canayev tirajın əsas mükafatının - Yunanıstanın Santorini adasında 2 nəfərlik 6 gecə/7 gün, 5 ulduzlu otel və səhər yeməyinin də daxil olduğu səyahət paketinin sahibi olub. Fazil Canayev deyir ki, uzun illərdir Unibankın müştərisidir: "5 ildən çoxdur ki, Unibank kartlarından istifadə edirəm və müştərilərə göstərilən xidmətdən çox razıyam. Lotereyadan xəbər tutanda, uduş şanslarımın çox olması üçün maksimum çalışdım ki, bütün alış-verişlərimi, ödənişlərimi Albalı debet kartımla edim. Səyahət paketini  qazanmağı arzulayırdım, bununla belə bankdan zəng edib deyəndə ki, qalib siz olmusunuz,  çox böyük sürpriz oldu. Bu, mənim ilk lotereya uduşum olsa da, çox dəyərli və ailəmizə sevinc yaşadan bir hədiyyə oldu. Müştərilərinə tez-tez belə gözəl sürprizlər etdiyi və daim yüksək bank xidmətləri göstərdiyi üçün "Unibank"a təşəkkürümü bildirərəm".

Xalidə Xudayarova isə lotereyada 1000 manat pul mükafatı qazanıb. Müştəri bildirir ki, alış-verişlərinin əksəriyyətini Albalı debet kartı ilə edir: "Albalı kartı həm sərfəlidir, həm də xərclərimə nəzarət etməyimə imkan verir. Bu mənim həyatımda ilk lotereya uduşudur. İnanıram ki, "Unibank"ın bu xoş sürprizi həyatımda bundan sonra qəfil və gözəl hədiyyələrin başlanğıcı olacaq".

Xəyal Ağayev də lotereyada yüksək məbləğdə pul uduşunu qazanan Unibank müştərilərindən biridir: "Uzun illərdir Unibank müştərisiyəm. Albalı kredit kartından istifadə edirəm. Demək olar ki, bütün alış-verişlərimi, kommunal ödənişlərimi Albalı ilə edirəm. Güzəşt müddətli olduğundan, çox sərfəlidir. Çox şadam ki, xidmətindən hər zaman razı olduğum bankım, məni bu dəfə də sevindirdi - lotereya qalibi oldum. Unibank müştərisi olmaq, həyatında hər zaman xoş sürprizlərin olması deməkdir".

"Unibank"ın   "Bahar lotereyası"nın ümumilikdə 100 qalibi olub. 10 min manatlıq uduş fondu olan lotereyada martın 14-dən mayın 31-dək "Unibank"ın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilər iştirak edib. Lotereya nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi ilə keçirilib.

“Araz” kafesində əxlaqsızlıq yuvası açanlar barəsində qərar like
  • 13 İyn 16:24  
Kriminal “Araz” kafesində əxlaqsızlıq yuvası açanlar barəsində qərar

Ali Məhkəmədə əxlaqsızlıq yuvalarının təşkilində təqsirləndirilən

arrow Ətraflı
Diplomların tanınması ilə bağlı müraciətlərə baxılma prosesi müvəqqəti dayandırılır like
  • 13 İyn 16:24  
Digərləri Diplomların tanınması ilə bağlı müraciətlərə baxılma prosesi müvəqqəti dayandırılır

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən

arrow Ətraflı
DTX əməliyyat keçirdi  Dövlətə xəyanətdə şübhəli bilinən baş redaktor saxlanıldı like
  • 13 İyn 16:22  
Digərləri DTX əməliyyat keçirdi Dövlətə xəyanətdə şübhəli bilinən baş redaktor saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq-əməliyyat tədbirl

arrow Ətraflı
Sumqayıtda 24 yaşlı gənc qətlə yetirildi like
  • 13 İyn 16:19  
Kriminal Sumqayıtda 24 yaşlı gənc qətlə yetirildi

Sumqayıt şəhərində 24 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilin

arrow Ətraflı
DTX əməliyyat keçirdi - Dövlətə xəyanətdə şübhəli bilinən baş redaktor saxlanıldı like
  • 13 İyn 16:18  
Digərləri DTX əməliyyat keçirdi - Dövlətə xəyanətdə şübhəli bilinən baş redaktor saxlanıldı

Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə gör

arrow Ətraflı
Yığmamız bu dəfə heç-heçə etdi like
  • 13 İyn 16:18  
İdman Yığmamız bu dəfə heç-heçə etdi

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışınd

arrow Ətraflı
Əli Əhmədov: "Biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq" like
  • 13 İyn 16:17  
Siyasət Əli Əhmədov: "Biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq"

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəni xaosa, anarxiyaya sür

arrow Ətraflı
Əli Əhmədov: Biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq like
  • 13 İyn 16:12  
Digərləri Əli Əhmədov: Biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəni xaosa, anarxiyaya sür

arrow Ətraflı
ABŞ Rusiya sərhədi yaxınlığına zərbəçi dronlar göndərir like
  • 13 İyn 16:09  
Dünya ABŞ Rusiya sərhədi yaxınlığına zərbəçi dronlar göndərir

ABŞ və Polşa liderlərinin Vaşinqtonda baş tutan danışıqlarının nətic

arrow Ətraflı
Nazir: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artır like
  • 13 İyn 16:07  
Digərləri Nazir: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artır

Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı 11 faiz

arrow Ətraflı
“Mango” müştəriləri aldadır?  “49 yazıb, kassada 79 manat aldılar” like
  • 13 İyn 16:05  
Digərləri “Mango” müştəriləri aldadır? “49 yazıb, kassada 79 manat aldılar”

"Etiketin üstünə 49.9 yazılmışdı, kassada 79 manat olduğunu öyrən

arrow Ətraflı
SOCAR-la AMEA birgə sürtkü yağları və digər istehlak məhsulları istehsal edir like
  • 13 İyn 16:02  
Digərləri SOCAR-la AMEA birgə sürtkü yağları və digər istehlak məhsulları istehsal edir

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd

arrow Ətraflı
Müəmmalı hadisə: 2 gəmi partladıldı... like
  • 13 İyn 16:00  
Dünya Müəmmalı hadisə: 2 gəmi partladıldı...

Oman dənizindəki neft tankerlərində partlayış baş verib.

arrow Ətraflı