Qara Qarayev prospektində yol nişanları quraşdırıldı: Tıxac olmayacaq (FOTO)


Digərləri 13 İyn 2019 15:26:00 180 0

Qara Qarayev prospektində yol nişanları quraşdırıldı: Tıxac olmayacaq (FOTO)

Bakının Nizami rayonu, Qara Qarayev prospektində dayanma və durma və durma nişanlarının quraşdırılması ərazidəki tıxacları aradan qaldırıb.

Bakı. Samir Əli - Bakının Nizami rayonu, Qara Qarayev prospektində dayanma və durma nişanlarının quraşdırılması ərazidəki tıxacları aradan qaldırıb. Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, Q.Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzi və "8-ci kilometr" bazarının qarşısından keçən hissədə avtomobillərin dayanma, durma qaydalarına riayət etməsilə bağlı tədbirlər görülür. Görülən tədbirlər nəticəsində ərazidə tıxac yaranmır, avtomobillərin normal hərəkəti təmin edilib.