Xamneyi: "ABŞ İranda quruluşu dəyişə bilməyəcək"


Dünya 13 İyn 2019 14:56:00 340 0

Xamneyi: "ABŞ İranda quruluşu dəyişə bilməyəcək"

ABŞ İranda mövcud quruluşu dəyişə bilməyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın ali lideri Əli Xamneyi deyib.

O bildirib ki, ABŞ 40 il ərzində İslam Respublikasının öhdəsindən gələ bilməyib:

"Əgər onlar, həqiqətən də, İranda rejimi dəyişmək məqsədi güdürsə, buna gücləri çatmayacaq. 40 il ərzində ABŞ prezidentləri İran İslam Respublikasını məhv etmək istəyib, amma bacamayıblar".