Yardımlıda “KamAZ” dərəyə aşıb - Ölən və xəsarət alanlar var


Digərləri 13 İyn 2019 13:32:00 273 0

Yardımlıda “KamAZ” dərəyə aşıb - Ölən və xəsarət alanlar var

Yardımlı rayonunun Köryədi kənd sakini C.Əbişov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb

Bakı. İyunun 12-də saat 13 radələrində Yardımlı rayonunun Horonu kəndinin otlaq sahəsində Köryədi kənd sakini C.Əbişov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nəticədə sərnişinlərindən Arvana kənd sakini Namiq Həsənov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.