Azərbaycanda biznes mühiti barədə beşillik hesabat hazırlanır


Digərləri 13 İyn 2019 12:56:22 235 0

Azərbaycanda biznes mühiti barədə beşillik hesabat hazırlanır

Azərbaycan-Almaniya xarici ticarət palatası gələn il Azərbaycanda son beş il ərzində biznes mühiti barədə hesabat təqdim edəcək

Bakı. Sara İsrafilbəyova - Azərbaycan-Almaniya xarici ticarət palatası gələn il Azərbaycanda son beş il ərzində biznes mühiti barədə hesabat təqdim edəcək. Trend-in məlumatına görə, bunu palatanın icraçı direktoru Tobias Baumann Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumu zamanı deyib. Qeyd olunur ki, Azərbaycanda biznes mühiti barədə hesabat bir neçə ildir ki, hazırlanır.