Şamaxıda taxıl sahələrində baş verən yanğınla bağlı RƏSMİ


Digərləri 13 İyn 2019 10:07:00 185 0

Şamaxıda taxıl sahələrində baş verən yanğınla bağlı RƏSMİ

Şamaxı rayonunun Çöl Göylər kəndində 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yanıb.

Bakı. Şamaxı rayonunun Çöl Göylər kəndində 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.