Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayır


Digərləri 13 İyn 2019 09:38:00 159 0

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayır

Bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti öz işinə başlayır.

Bakı. Bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti öz işinə başlayır. Trend-in məlumatına görə, zirvə toplantısı 2 gün davam edəcək. Sammitin gündəliyinə ŞƏT bankının yaradılması, müasir təhlükə və çağırışlara qarşı birgə fəaliyyət planlarının müzakirə edilməsi kimi məsələlər daxildir. Zirvə toplantısına 11 dövlət başçısı qatılacaq. Daha 4 dövlət başçısı isə müşahidəçi qismində iştirak edəcək.