ABŞ 50 minə yaxın miqrantı Meksikaya qaytara bilər


Digərləri 13 İyn 2019 07:17:00 170 0

ABŞ 50 minə yaxın miqrantı Meksikaya qaytara bilər

Növbəti bir neçə ay ərzində ABŞ-a sığınacaq almaq üçün gələn 50 minə yaxın miqrant Meksika ərazisinə qaytarıla bilər

Bakı. Növbəti bir neçə ay ərzində ABŞ-a sığınacaq almaq üçün gələn 50 minə yaxın miqrant Meksika ərazisinə qaytarıla bilər. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Meksikanın daxili işlər nazirinin miqrasiya və insan hüquqlarının qorunması məsələləri üzrə müavini Alexandro Ensinas deyib. Mexiko və Vaşinqton arasında ötən həftə əldə edilən razılaşmaya əsasən, ABŞ miqrantların sənədlərini yoxlayana qədər onlar Meksikada qalacaqlar.