Bakıda 29 yaşlı gəlin itkin düşdü


Digərləri 13 İyn 2019 07:02:17 224 0

Bakıda 29 yaşlı gəlin itkin düşdü

Bakıda daha bir qadın itkin düşüb.

Bakı. Samir Əli - Bakıda daha bir qadın itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Nəsimi rayonu, Azadlıq prospekti ev 56, mənzil 20-də yaşayan Bağırov Araz Rasim oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1990-cı il təvəllüdlü Bağırova Ellada Cahangir qızı iyunun 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb.