Alimlər kompüter oyunları ilə yeniyetmələrin artıq çəkisi arasında əlaqə olmasını inkar ediblər


Digərləri 12 İyn 2019 23:34:00 55 0

Alimlər kompüter oyunları ilə yeniyetmələrin artıq çəkisi arasında əlaqə olmasını inkar ediblər

Əvvəllər belə hesab edilirdi ki, uşaq və yeniyetmələrin saatlarla kompüter qarşısında əyləşməsi onların çəkisinin artmasına birbaşa təsir göstərir. Almaniyanın Vyursburq şəhərindəki Yulius və Maksimilian adına Universitetin və Avstriyadakı Lints Universitetinin bir qrup alimi bu fikri təkzib edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin araşdırmaların nəticələri Almaniya Universitetinin saytında dərc edilib. Vyursburq Universitetinin professoru Markus Appel deyib: "Kütləvi informasiya vasitələrində yayılan məlumata görə, artıq çəki televizorun və ya monitorun qarşısında uzun müddət oturmaqla bağlıdır. Bizim araşdırma göstərdi ki, ekran qarşısında saatlarla əyləşib kompüter oyunları ilə məşğul olmağın yeniyetmələrin çəkisinə təsir göstərməsi barədə təsəvvürlər yanlışdır. Biz yaşlılarda bu cür əlaqə olmasını aşkar etmişik, lakin bu əlaqə cüzidir".

Alimlər 38 minə yaxın insanın oyunla bağlı fəaliyyətinin təsvir olunduğu 20 işi təhlil ediblər. Tədqiqatda yalnız qeyri-fəal videooyunlar nəzərə alınıb. Belə oyunları kresloda əyləşərək lazımi düymələri basmaqla oynamaq olar. Mütəxəssislər "Pokemon Go" kimi oyunları tədqiqata bilərəkdən daxil etməyiblər. İş burasındadır ki, virtual və real aləmlərin bir növ qovuşduğu bu tipli oyunlar istifadəçi tərəfindən fiziki fəallıq göstərilməsini nəzərdə tutur.

Alimlərin sözlərinə görə, videooyunların yeniyetmələrin çəkisinə dolayı təsir göstərməsi aşkar edilib: belə oyunların həvəskarları idmanla az məşğul olur, oturaq həyat tərzi isə çəkinin artmasına şərait yaradır. Uşaqların kökəlməsinin bir səbəbi də onların monitor qarşısında qeyri-sağlam qida qəbul etmələri və çox vaxt doyunca yatmamalarıdır.

ABŞdan Türkiyəyə kritik səfər: like
  • 12 İyn 23:16  
Dünya ABŞdan Türkiyəyə kritik səfər:

ABŞ Dövlət Katibliyinin Terrorla Mübarizə üzrə koordinatoru Natan Sales T

arrow Ətraflı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib (FOTO) like
  • 12 İyn 23:11  
Digərləri Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səf

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 12 İyn 23:07  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 12 İyn 23:00  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Yunanıstanda vergi pozuntuları dronlar vasitəsilə sənədləşdirilir like
  • 12 İyn 22:58  
Dünya Yunanıstanda vergi pozuntuları dronlar vasitəsilə sənədləşdirilir

Yunanıstanın Santorini adasına Vergi Nazirliyi tərəfindən vergi pozuntular

arrow Ətraflı
Yüksək təzyiqi salmaq üçün like
  • 12 İyn 22:53  
Digərləri Yüksək təzyiqi salmaq üçün

Hipertoniya insan sağlamlığına çox ciddi ziyan vurur, ağır xəstəliklər

arrow Ətraflı
London aeroportunda "Brexit" lağa qoyuldu  FOTO like
  • 12 İyn 22:49  
Digərləri London aeroportunda "Brexit" lağa qoyuldu FOTO

Britaniyanın məşhur strit-art rəssamı Benksinin yeni qrafitisi Londonun Hit

arrow Ətraflı
Natan Seyls Türkiyəyə səfər edəcək like
  • 12 İyn 22:40  
Dünya Natan Seyls Türkiyəyə səfər edəcək

ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə koordinatoru Nata

arrow Ətraflı
ABŞ-ın terrorçuluqla mübarizə üzrə koordinatoru Ankaraya səfər edəcək like
  • 12 İyn 22:35  
Digərləri ABŞ-ın terrorçuluqla mübarizə üzrə koordinatoru Ankaraya səfər edəcək

ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə koordinatoru Nata

arrow Ətraflı