Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib FOTO


Digərləri 12 İyn 2019 23:39:00 74 0

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib  FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib.

Son.az bildirir ki, səfər çərçivəsində ilk olaraq Latviya parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Rihards Kols ilə görüş keçirilib. Görüşdə Komitə sədri Fuad Muradov və sədr müavini Faiq Quliyev iştirak ediblər.

Rihards Kols Latviya və Azərbaycan arasında siyasi, iqtisadi, təhlükəsizlik sahəsində münasibətlərin yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib. O, ölkənin diaspor siyasəti barədə məlumat verib və bu sahədə pərakəndə fəaliyyətin qarşısının alındığını diqqətə çatdırıb. R.Kols təxminən 400 minə yaxın Latviya vətəndaşının xaricdə yaşaması, "Soydaş haqqında" qanun layihəsinin hazırlanması barədə də danışıb.

Azərbaycan dövlətinin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, fəaliyyəti və qurumun hədəfləri barədə ətraflı məlumat verən Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, diasporla iş sahəsində də sürətli inkişafa nail olunduğunu bildirib.

O, qeyd edib ki, Baltikyanı ölkələrdə 5 min azərbaycanlı yaşayır və onların 2 mini Latviyada məskunlaşıb. Bölgədə ən böyük azərbaycanlı icmasının Latviyada fəaliyyət göstərdiyinə diqqəti çəkən sədr deyib ki, Riqada Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək.

Danışıqlar zamanı Qarabağ məsələsinə də toxunulub. Komitə sədri Latviya hökumətinin və parlamentinin Qarabağ problemi, qondarma erməni soyqırımı ilə bağlı sərgilədiyi ədalətli mövqeyə görə minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan nümayəndə heyətini Latviya xarici işlər nazirinin müavini Zanda Kalnina-Lukashevica qəbul edib.


Xəbərə aid fotolar

Tramp G20 sammiti çərçivəsində Putinlə görüşmək niyyətindədir like
  • 12 İyn 23:37  
Digərləri Tramp G20 sammiti çərçivəsində Putinlə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Osakada keçirilən G20 sammiti çərçivəsində R

arrow Ətraflı
ABŞdan Türkiyəyə kritik səfər: like
  • 12 İyn 23:16  
Dünya ABŞdan Türkiyəyə kritik səfər:

ABŞ Dövlət Katibliyinin Terrorla Mübarizə üzrə koordinatoru Natan Sales T

arrow Ətraflı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib (FOTO) like
  • 12 İyn 23:11  
Digərləri Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səf

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 12 İyn 23:07  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 12 İyn 23:00  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Yunanıstanda vergi pozuntuları dronlar vasitəsilə sənədləşdirilir like
  • 12 İyn 22:58  
Dünya Yunanıstanda vergi pozuntuları dronlar vasitəsilə sənədləşdirilir

Yunanıstanın Santorini adasına Vergi Nazirliyi tərəfindən vergi pozuntular

arrow Ətraflı
Yüksək təzyiqi salmaq üçün like
  • 12 İyn 22:53  
Digərləri Yüksək təzyiqi salmaq üçün

Hipertoniya insan sağlamlığına çox ciddi ziyan vurur, ağır xəstəliklər

arrow Ətraflı
London aeroportunda "Brexit" lağa qoyuldu  FOTO like
  • 12 İyn 22:49  
Digərləri London aeroportunda "Brexit" lağa qoyuldu FOTO

Britaniyanın məşhur strit-art rəssamı Benksinin yeni qrafitisi Londonun Hit

arrow Ətraflı