Yüksək təzyiqi salmaq üçün


Digərləri 12 İyn 2019 22:53:00 270 0

Yüksək təzyiqi salmaq üçün

Hipertoniya insan sağlamlığına çox ciddi ziyan vurur, ağır xəstəliklərin və pozulmaların (böyrək və göz xəstəlikləri, insult, infarkt) riskini xeyli artırır, həyatı qısaldır.

Təəssüf ki, hipertoniya əksər hallarda simptomsuz, gizli inkişaf edir. Məhz bu səbəbdən onu "gizli qatil" adlandırırlar. Bunu nəzərə alaraq mütəxəssislər təzyiqi müntəzəm olaraq ölçməyi tövsiyə edir.

Müasir kardioloqlar belə hesab edir ki, istənilən yaşda olan sağlam insanda təzyiq 12/80 c.st-dan yuxarı qalxmamalıdır. Əgər təzyiq tez-tez bu rəqəmlərdən yuxarı qalxırsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Mütəxəssislər qeyd edir ki, bəzi çox sadə qaydalar təzyiqi normada saxlamağa yardım edə bilər. Son.az saglamolun.az-a istinadən bu qaydalarla tanış edir:

1. Duzun qəbulunu  azaldın!

Gün ərzində 5 qr-dan (1 ç.q.) artıq duz qəbul etmək olmaz. Duz orqanizmdə mayeni saxlayır ki, bu da təzyiqin qalxmasına səbəb olur.

Mütəxəssislər hisə verilmiş, duzlu, konservləşdirilmiş məhsullardan, kolbasa-sosis, fast-fud qidalardan imtina etməyi tövsiyə edirlər.

2. Fiziki aktivlik mütləqdir!

Fiziki aktivlik bədən çəkisini və arterial təzyiqi normada saxlamağa yardım edir.