Azərbaycan nefti ucuzlaşır


Digərləri 12 İyn 2019 23:00:00 206 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-də 64,98 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-də 64,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,57 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.