55 baş qoyun ildırım vurmasından tələf oldu


Dünya 12 İyn 2019 22:35:00 321 0

55 baş qoyun ildırım vurmasından tələf oldu

Türkiyənin Əskişəhər bölgəsində bir gecədə 55 baş qoyunu ildırım vuraraq tələf edib.

Son.az femida.az-a istinadən xəbər verir ki, qoyunlar yağışdan qorunmaq üçün ağacın altında cəmləşib. Bu zaman ildırım ağaca düşüb. 55 baş qoyun ildırım vurması nəticəsində tələf olub. Heyvanların sahibi isə möcüzə nəticəsində sağ qala bilib. O, yağışdan qorunmaq üçün qoyunlardan 100 metr aralıqda yerləşən taxta talvarın altına sığınıb. Hadisə ilə bağlı videonu təqdim edirik: