Latviya sinoptikləri həyəcan təbili çalır


Digərləri 12 İyn 2019 21:59:00 202 0

Latviya sinoptikləri həyəcan təbili çalır

Latviya sinoptikləri "narıncı xəbərdarlıq" adlı həyəcan təbili çalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Latviyanın ətraf mühit, geologiya və meteorologiya mərkəzi gözlənilən anomal istilər səbəbindən əhalini xəbərdar edib. Belə ki, mülayim hava şəraitinə alışmış şimallılar üçün bu həftə gözlənilən 32 dərəcə isti təhlükəlidir. Bəzi ərazilərdə isə istilik 34 dərəcəyə çatacaq.

İndiyədək iyunda belə isti hava 1973-cü ildə qeydə alınıb.

Güclü istilərdən sonra isə yağış və çovğun gözlənilir.