Azərbaycanda avtomobil idxalı 2 dəfədən çox artıb


Digərləri 12 İyn 2019 20:58:59 216 0

Azərbaycanda avtomobil idxalı 2 dəfədən çox artıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 11 695 nəqliyyat vasitəsi idxal edib

Bakı. Sara İsrafilbəyova - 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 11 695 nəqliyyat vasitəsi idxal edib. Trend-in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Hesabata əsasən, ölkəyə idxal olunmuş nəqliyyat vasitələrindən 10 614-ü minik avtomobilləri və motorlu nəqliyyat vasitələridir. Bu göstərici də bir il ərzində 2,2 dəfə artıb. Hesabat dövründə ölkəyə 974 yük avtomobili (2 dəfə artım), 53 avtobus və 10 və daha çox sərnişin tutumuna malik digər motorlu nəqliyyat vasitələri (2,3 dəfə artım) və 54 xüsusi təyinatlı nəqliyyat vasitəsi (2,2 dəfə artım) idxal olunub.