Yağış İstanbulu yudu apardı - Hətta təxliyə var


Digərləri 12 İyn 2019 19:45:00 204 0

Yağış İstanbulu yudu apardı - Hətta təxliyə var

İstanbulun Pendik rayonunda güclü yağış nəticəsində məktəblərdin birinin zirzəmisini və birinci mərtəbəsini su basıb

Bakı. Rufiz Hafizoğlu - İstanbulun Pendik rayonunda güclü yağış nəticəsində məktəblərdən birinin zirzəmisini və birinci mərtəbəsini su basıb. Trend-in məlumatına görə, bununla əlaqədar olaraq məktəbdən uşaqlar təxliyə edilib. Bundan başqa, təhlükəsizlik məqsədilə bölgədəki uşaq bağçaları da təxliyə olunub. Bir sıra mağaza və müəssisələri də su basdığı deyilir. Yağışın günün sonunadək yağacağı proqnozlaşdırılır.