Almaniyanın xam neft idxalında Azərbaycan 8ci yerdə qərarlaşıb


Digərləri 12 İyn 2019 18:57:00 57 0

Almaniyanın xam neft idxalında Azərbaycan 8ci yerdə qərarlaşıb

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının sədr müavini Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, spiker qonaqları salamlayaraq, bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafına müsbət təsir etdiyini söyləyib. O bildirib ki, cari ilin may ayında Almaniya parlamentinin Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri Yohanes Kars da Milli Məclisin qonağı olub.

O.Əsədov qeyd edib ki, Azərbaycan və Almaniya arasında dostluq münasibətlərinin zəngin tarixi var:

"Qafqazın bu bölgəsində alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti 2016-cı ildə sərəncam imzalayıb. Bu gün müstəqil Azərbaycanla Almaniya arasında münasibətlər uğurla inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsinə yeni impuls vermiş, ölkələrimiz arasında 77 hüquqi sənəd imzalanıb.

İqtisadi sahədə də müsbət tendensiya özünü göstərməkdədir. 2018-ci ildə ticarət dövriyyəmiz 1,9 milyard dollar həcmində olub. Bu ilin yanvar-aprel aylarında isə bu göstərici 590 milyon həcmindədir. Heç də təsadüfi deyildir ki, Almaniyanın Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətində ötən il Azərbaycanın payı 70 faizdən çox olmuşdur. Həmin ilin statistik göstəricilərinə görə, Almaniyanın xam neft idxalında Azərbaycan 8-ci yerdə qərarlaşıb. 2004-2017-ci illərdə ölkəmizdə 201 alman şirkəti qeydiyyata alınıb".

Spiker vurğulayıb ki, müstəqil Azərbaycan Avropa İttifaqı və onun önəmli üzvü olan Almaniya ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır:

"Bu gün Azərbaycan Avropanın neft və qaz təchizatında əhəmiyyətli rol oynayır. Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə reallaşmış neft və qaz kəmərləri bunun əyani sübutudur. Ölkəmiz həm də Avropanı Asiya ilə daha da yaxınlaşdıracaq yeni Dəmir İpək yolu ideyasının reallaşmasına öz töhfəsini verib".

O.Əsədov deyib ki, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının önəmi günü-gündən artmaqdadır: "Sevindirici haldır ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Almaniyanın hökumət və parlament üzvləri dəfələrlə Milli Məclisin qonağı olublar. Biz nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini əhəmiyyətli hesab edirik".

Oppermann: Bölgədə vəziyyəti gərginləşdirəcək bəyanat və əməllər gərəksizdir like
  • 12 İyn 18:55  
Digərləri Oppermann: Bölgədə vəziyyəti gərginləşdirəcək bəyanat və əməllər gərəksizdir

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Bundestaqının vitse-prezide

arrow Ətraflı
Məşhurlar “Qaloş piri” haqqında nə düşünür? like
  • 12 İyn 18:54  
Şou-biznes Məşhurlar “Qaloş piri” haqqında nə düşünür?

Sosial şəbəkələrdə Goranboy rayonu Qurbanzadə kəndində çəkilən gör

arrow Ətraflı
Almaniyanın xam neft idxalında Azərbaycan 8-ci yerdə qərarlaşıb like
  • 12 İyn 18:49  
Digərləri Almaniyanın xam neft idxalında Azərbaycan 8-ci yerdə qərarlaşıb

Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının sədr müav

arrow Ətraflı
"Şiveluç" oyanıb Kamçatkanın da yuxusunu qarışdırdı... like
  • 12 İyn 18:49  
Dünya "Şiveluç" oyanıb Kamçatkanın da yuxusunu qarışdırdı...

Rusiyanın Kamçatka yarımadasında "Şiveluç" vulkanı püskürüb.

arrow Ətraflı
Tarkanın məzar daşı üzə çıxdı like
  • 12 İyn 18:44  
Digərləri Tarkanın məzar daşı üzə çıxdı

Antalyada qəbir daşları hazırlayan Mehmet Çetin Tarkana olan sevgisini öl

arrow Ətraflı
Yasamalda yaşayış binasında yanğın olub like
  • 12 İyn 18:43  
Digərləri Yasamalda yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yan

arrow Ətraflı
Bu ölkədə FACİƏ: like
  • 12 İyn 18:42  
Dünya Bu ölkədə FACİƏ:

Misirin paytaxtı Qahirə yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Dövlət qulluğunda işləmək istəyənlər! Sınaq imtahanı keçiriləcək like
  • 12 İyn 18:39  
Digərləri Dövlət qulluğunda işləmək istəyənlər! Sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyə

arrow Ətraflı
“Həyatda ana olmağı hər şeydən çox istəyirəm” like
  • 12 İyn 18:34  
Digərləri “Həyatda ana olmağı hər şeydən çox istəyirəm”

Dünyaca məşhur müğənni Rihanna milyarder ərəb sevgilisi Həsən Camal ba

arrow Ətraflı
Yük maşını avtobusla toqquşdu - 14 ölü like
  • 12 İyn 18:33  
Digərləri Yük maşını avtobusla toqquşdu - 14 ölü

Misirin paytaxtı Qahirə yaxınlığında baş vermiş qəza nəticəsində 14

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 12 İyn 18:31  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Ebola bu ölkəyə də çatdı like
  • 12 İyn 18:29  
Dünya Ebola bu ölkəyə də çatdı

Bir neçə gün əvvəl Konqo Demokratik Respublikasından ailəsi ilə Uqandaya

arrow Ətraflı
Aysel ən böyük arzusunu açıqladı: like
  • 12 İyn 18:27  
Şou-biznes Aysel ən böyük arzusunu açıqladı:

Bu gün müğənni Aysel Əlizadənin 29 yaşı tamam olur. 

arrow Ətraflı
Ucar-Zərdab-Ağcabədi yolu yenidən qurulur (FOTO) like
  • 12 İyn 18:26  
Digərləri Ucar-Zərdab-Ağcabədi yolu yenidən qurulur (FOTO)

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qur

arrow Ətraflı
Bakıda bərbərxana yanıb like
  • 12 İyn 18:24  
Digərləri Bakıda bərbərxana yanıb

Bakıda bərbərxana yanıb.

arrow Ətraflı