Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib (FOTO)


Digərləri 12 İyn 2019 17:20:00 64 0

Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib (FOTO)

Almaniyanın Leverkuzen şəhərində Davidstern yəhudi icmasının təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.

Bakı. Almaniyanın Leverkuzen şəhərində Davidstern yəhudi icmasının təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbiri açan Davidstern təşkilatının rəhbəri Lev İsmixanov Xocalı soyqırımını Liditse faciəsi ilə müqayisə edib: “Liditse qətliamı 1942-ci ildə nasistlərin törətdiyi cinayətdir. Bundan düz 50 il sonra alman nasistlərinin yolunu davam etdirənlər Xocalı soyqırımını törətdi. Burada da etnik zəmində qocalar, qadınlar və südəmər körpələr qətlə yetirildi. Mənim vəziyyətimdə iki məqam birləşir – yəhudi olaraq Holokostun xatirəsini və Azərbaycandan olan biri kimi 90-cı illərin cinayətlərinin ağrısını daşıyıram". ADDF-nin icraçı direktoru Elşad Əliyev qeyd edib ki, azərbaycanlıların qətliamı Ermənistan rəhbərliyinin düşünülmüş siyasəti idi. E.Əliyev buna sübut olaraq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın amerikalı jurnalist Tomas de Vaala müsahibəsini xatırladıb: “Orada Sarkisyan deyir ki, Xocalıyadək azərbaycanlılar bizimlə zarafat edə biləcəklərini düşünürdü – biz dinc əhaliyə əl qaldırmayacağıq. Biz bu stereotipi sındırdıq”. E.Əliyev iştirakçıları bölgədə baş verənlərlə yaxından tanış olmağa və onu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çağırıb. Sonda Fondun rəhbəri tədbirin təşkilinə görə yəhudi icmasına təşəkkürünü bildirib. Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Qurban Ələkbərov da Azərbaycan həqiqətlərinin dünya, xüsusilə də alman ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyini qeyd edib: “Ətraf aləmin ermənilərin yalan təbliğat maşınına əsaslanmış mifdən azad olması bizim üçün çox vacibdir. Hər kəs anlamalıdır ki, Azərbaycan təcavüzün qurbanıdır”. O, Bundestaqın 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etməsini misal çəkərək ictimaiyyətin birtərəfli informasiyalara istinad etməsini təəssüflə bildirib.
Bakıda qadın narkotacir ələ keçdi like
  • 12 İyn 17:19  
Kriminal Bakıda qadın narkotacir ələ keçdi

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyat

arrow Ətraflı
“Azarkeşlər ağıllıdırlarsa, özləri oynasınlar” – deputatdan açıqlama like
  • 12 İyn 17:18  
İdman “Azarkeşlər ağıllıdırlarsa, özləri oynasınlar” – deputatdan açıqlama

Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prez

arrow Ətraflı
Masallıda "Mercedes" yanıb like
  • 12 İyn 17:14  
Digərləri Masallıda "Mercedes" yanıb

Hadisə rayonun Hüseynhacılı kəndində qeydə alınıb.

arrow Ətraflı
“Qod Nisanov əmim deyil…” like
  • 12 İyn 17:14  
Şou-biznes “Qod Nisanov əmim deyil…”

11 yaşımda atamı itirmişəm. 12 yaşımdan işə başlamışam, məktəbə n

arrow Ətraflı
Baş İdarə Qurtuluş gününə həsr olunmuş flaşmob təqdim edəcək like
  • 12 İyn 17:09  
Digərləri Baş İdarə Qurtuluş gününə həsr olunmuş flaşmob təqdim edəcək

15 iyun saat 18:00-da Qış Parkında Bakı Şəhər Mədəniyyət Baş İdarəs

arrow Ətraflı
İyunun 13-nə manatın məzənnəsi like
  • 12 İyn 17:07  
Digərləri İyunun 13-nə manatın məzənnəsi

İyunun 13-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb like
  • 12 İyn 17:07  
Siyasət Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyy

arrow Ətraflı
Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır (FOTO) like
  • 12 İyn 17:04  
Digərləri Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır (FOTO)

Bakcell şirkəti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəst

arrow Ətraflı
Hindistan təhlükə ilə üzüzə, like
  • 12 İyn 17:04  
Dünya Hindistan təhlükə ilə üzüzə,

Hindistanın Qucarat ştatının rəhbərliyi bölgəyə güclü "Vayu"

arrow Ətraflı
Dövlət qulluğunda işləmək istəyənlər! Sınaq imtahanı keçiriləcək like
  • 12 İyn 16:58  
Digərləri Dövlət qulluğunda işləmək istəyənlər! Sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəx

arrow Ətraflı
ETSN meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi like
  • 12 İyn 16:57  
Digərləri ETSN meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi

"Meşə yanğınlarının baş verməməsi və vaxtında qarşısının al

arrow Ətraflı
Türklərin yaşadığı regionda 40 min illik Boz qurd başı tapıldı like
  • 12 İyn 16:54  
Digərləri Türklərin yaşadığı regionda 40 min illik Boz qurd başı tapıldı

Rusiyanın Sibir vilayətinin şərqində fil dişi axtaran insanlar maraqlı k

arrow Ətraflı
Araz Abdullayev forma nömrəsini dəyişdi - FOTO like
  • 12 İyn 16:53  
İdman Araz Abdullayev forma nömrəsini dəyişdi - FOTO

"Qarabağ"ın yarımmüdafiəçisi Araz Abdullayevin forma n&o

arrow Ətraflı
"Şiveluç" oyanıb Kamçatkanın da yuxusunu qarışdırdı... like
  • 12 İyn 16:52  
Digərləri "Şiveluç" oyanıb Kamçatkanın da yuxusunu qarışdırdı...

Rusiyanın Kamçatka yarımadasında "Şiveluç" vulkanı püskürüb

arrow Ətraflı
Tehranda azərbaycanlı fəalı oğurladılar like
  • 12 İyn 16:49  
Dünya Tehranda azərbaycanlı fəalı oğurladılar

Güney azərbaycanlı milli-mədəni fəal Babək Vəlipur İranın paytaxtı Te

arrow Ətraflı