Yazıçı Yunus Oğuzun Aprel döyüşlərindən bəhs edən “Ovçu” romanı Daşkənddə özbək dilində çap edilib


Digərləri 12 İyn 2019 16:14:00 188 0

Yazıçı Yunus Oğuzun Aprel döyüşlərindən bəhs edən “Ovçu” romanı Daşkənddə özbək dilində çap edilib

Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Aprel döyüşlərindən bəhs edən "Ovçu" romanı Daşkənddə özbək dilində çap olunub.

Bakı. Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Aprel döyüşlərindən bəhs edən "Ovçu" romanı Daşkənddə özbək dilində çap olunub. Trend-in məlumatına görə, kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə dərc edilib. "Ovçu" romanını özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib, məsul redaktoru Burabiyya Rəcəbovadır. Bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olan bütün igid əsgərlərin əziz xatirəsinə bir elegiyadır. Qeyd edək ki, romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur. "Ovçu" romanı qəhrəmanlığın təbliğində, zəfər tariximizin gənc nəslə təlqin edilməsində mühüm rol oynayır.