Kreditlər haqqında maraqlı faktlar


Digərləri 12 İyn 2019 15:10:00 200 0

Kreditlər haqqında maraqlı faktlar

Bütün dünya ölkələrinin vətəndaşları, kreditləşmənin müsbət və mənfi tərəflərindən artıq xəbərdardır.

Bakı. Bütün dünya ölkələrinin vətəndaşları, kreditləşmənin müsbət və mənfi tərəflərindən artıq xəbərdardır. Fiziki şəxslər və eləcə də bir çox şirkətlər, bankın kredit xidmətlərindən daşınmaz əmlak, nəqliyyat vasitələri və digər bir çox istehlak mallarını almaq məqsədilə istifadə edirlər. Eyni zamanda, bu borc pul mənzilin təmir işlərinə və ya turistik səyahətlərə xərclənə bilər. Lakin kağız bürokratiyasından başqa, kreditlərlə bağlı bir neçə maraqlı faktlar var. Kreditin meydana gəlməsi İlk kredit borcu Babilistanda və Assuriyada meydana gəlmişdir. Bu fakt keçirilən tədqiqatlarla təsdiq olunur. Eramızdan əvvəl səkkizinci əsrdə kreditləşmə ilə pulverənlər məşğul olmuşlar. Onlar əhaliyə öz maliyyə dəstəyini təklif edərək, buna görə faiz götürürdülər. Artıq o dövrlərdən başlayaraq, insanların əksəriyyəti “xudu” adlanan bank biletlərdən istifadə edirdi. “Xudu” qiymətli kağızların atası sayılır. İlk ipoteka İlk ipoteka Qədim Yunanıstan ərazisində meydana gəlmişdir. Borcalan götürdüyü pulu vaxtında qaytarmadığı halda, kreditor onun torpaq sahəsi üzərində “hypotheke” tablosunu qoyurdu. Bu, ipoteka deməkdir. Kredit ödənilmədiyi halda, torpaq sahəsi borcalanın əlindən alınırdı. Tarixdə ilk bank Rəsmi olaraq kreditləşmə ilə məşğul olan ilk şirkət Banca Monte dei Paschi di Siena olmuşdur. Bu bank İtaliya ərazisində, 1472-ci ildə təsis edilib.