TREND Beynəlxalq İnformasiya Agentliyində “ŞimalCənub” nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri” mövzusunda videokörpü keçiriləcək


Digərləri 12 İyn 2019 14:05:00 262 0

TREND Beynəlxalq İnformasiya Agentliyində “ŞimalCənub” nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri” mövzusunda videokörpü keçiriləcək

İyunun 13-ü saat 14:00-da TREND Beynəlxalq İnformasiya Agentliyində "Şimal-Cənub" nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri" mövzusunda Moskva-Bakı videokörpüsü keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, rusiyalı və azərbaycanlı ekspertlər yeni regional nəqliyyat dəhlizlərinin yaradılması və Rusiyanın iştirakı ilə inteqrasiya layihələrinə Cənubi Qafqaz ölkələrindən tərəfdaşların qoşulması perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

Videokörpü çərçivəsində "Şimal-Cənub" nəqliyyat dəhlizi: tranzit reallıqları və trans-regional inteqrasiya perspektivləri" adlı analitik məruzənin təqdimatı baş tutacaq.

İştirakçılar:

Moskvada:

- Aleksandr KARAVAYEV, iqtisadçı, "Şimal-Cənub" nəqliyyat dəhlizi: tranzit reallıqları və trans-regional inteqrasiya perspektivləri" məruzəsinin müəllifi;

- Stas PRİTÇİN, Rusiya Elmlər Akademiyasının Mərkəzi Asiya və Qafqaz Tədqiqatları Mərkəzinin elmi işçisi;

- Artyom PILİN, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin elmi işçisi;

- Arkadi İVANOV, logistika və nəqliyyat sahəsində ekspert, "logirus.ru" portalında məqalələr müəllifi;

- Kseniya TYURENKOVA, "Xəzər-Avrasiya" Mərkəzinin direktoru;

Bakıda:

- Emin ƏLİYEV, "Day.az" informasiya portalının baş redaktoru;