Övladlığa götürdüyü uşağın vərəm olduğunu öyrəndi


Digərləri 12 İyn 2019 13:08:00 213 0

Övladlığa götürdüyü uşağın vərəm olduğunu öyrəndi

Azərbaycanda qadın övladlığa götürdüyü uşağın sümük vərəmi olduğunu öyrənib.

Son.az big.az-a istinadla xəbər verir ki, bu haqda Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan Şəhla məlumat verib.

O qeyd edib ki, 14 il əvvəl Zəhranı uşaq evindən götürüb: "Övladım olmurdu. Daha sonra həyat yoldaşımı da itirdim. Həyat yoldaşımla rəsmi nikah olmasa da 18 il ailəli olduq. Zəhraya atalıq da verib. 4 il əvvəl həyat yoldaşım öldürüldü. Onu öldürən də cəzasız qalıb. Zəhranı götürəndə xəstəliyini bilmirdik. Daha sonra bizi evdən də çıxardılar. Evə aparanda qızdırması var idi. Amma bilmirdik ki, onda sümük vərəmi var. Ümumiyyətlə, nə həyat yoldaşım, nə də mən sümük vərəmin nə olduğunu bilmirdik. 3-4 ildə bildik ki, sümük vərəmi nədir. Mən Zəhranı götürməyimə peşman deyiləm. Sadəcə, öz valideynlərini tapmaq istəyirəm. Onlar uşaqlarının yanına gəlsinlər, getsinlər. Heç kim Zəhraya yaxın durmur ki, ona da keçər".

14 ildən sonra Zəhranın anası Şəfəq efirə çıxıb.