Bərdədə xəstə yaxınları təcili yardım həkimlərini döydü FOTO


Digərləri 12 İyn 2019 11:26:00 233 0

Bərdədə xəstə yaxınları təcili yardım həkimlərini döydü  FOTO

Bərdədə çağırışa gedən təcili yardım həkimləri döyülüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qaradəmirçi kəndində baş verib.

Belə ki, hadisə yerinə çatan kimi Bərdə Rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və təcili tibbi yardım avtomobilinin sürücüsü Zaur İbrahimovu döyüblər.

Həkimlərin sözlərinə görə, şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə avtomobilə və onlara hücum edib.

Onlar xəstəni müayinə etməyə imkan tapmayıblar. 

Hadisə zamanı maşının yan şüşəsi qırılıb, sürücü isə qolundan xəsarət alıb.


Xəbərə aid fotolar