Deputat Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb


Digərləri 12 İyn 2019 11:07:00 59 0

Deputat Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb

İyunun 11-də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlı rayonunda seçicilərin bir qrupunu qəbul edib.

Bakı. İyunun 11-də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlı rayonunda seçicilərin bir qrupunu qəbul edib. Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, qəbulda rayon sakinləri əsasən sosial, səhiyyə məsələləri ilə bağlı üzləşdikləri vəziyyətə dair deputata məlumat veriblər. Qaldırılan problemlər içərisində müxtəlif şəxslərə məxsus pay torpaqlarını əkib-becərən şəxslərin dövlət dəstəyi ala bilmək üçün qarşılaqdıqları maneələr də diqqətə çatdırılıb. Bununla əlaqədar olaraq müvafiq hüquqi prosedurların yerinə yetirilməsinin vacibliyi vurğulanıb, mövcud istiqamətdə tövsiyələr verilib. Qəbulda, həmçinin vətəndaşların əfv məsələləri, torpaq mübahisələri ilə bağlı üzləşdikləri durumlar nəzərdən keçirilib. Onlardan ərizələr alınıb, habelə həlli yerindəcə mümkün olan məsələlərlə əlaqədar tapşırıqlar verilib, bir sıra problemləri aradan qaldırılması isə nəzarətə götürülüb. Ə.Amaşov, eyni zamanda deputatı seçildiyi 62 saylı Saatlı seçki dairəsinə daxil olan bir sıra kəndlərdə də olub, kənd sakinləri ilə görüş keçirib. Deputat Əbilkənd kəndində yenicə istifadəyə verilmiş və müasir standartlara cavab verən uşaq bağçası ilə tanış olub. Uşaq bağçasının təkcə bu kəndə deyil, eyni zamanda ətraf kəndlərə də xidmət etmək potensialının olduğu önə çəkilib. Həm Əbilkənd kəndində, həm də Sarıcalar və Cəfərxan kəndlərindəki görüşlərdə kənd təsərrüfatı məsələləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ümumən Saatlı rayonunu su azlığından əziyyət çəkir, əkin sahələri lazımi qaydada su ilə təmin olunsa, məhsuldarlıq daha da artar. Deputat məlumat verib ki, hazırda Kür çayından uzunluğu 17 kilometr olacaq kanalın çəkilməsi prioritet əhəmiyyət daşımaqdadır. Bununla əlaqədar ölkə rəhbərliyinə müraciət ünvanladığını diqqətə çatdıran Ə.Amaşov məsələnin tezliklə həllini tapacağına əminliyini vurğulayıb. Görüşlərdə bələdiyyələrin işinin effektivliyinin artırılmasına da toxunulub. Mövcud istiqamətdə kənd sakinləri ilə ətraflı fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Milli Məclisdə ATƏT PA ilə birgə regional təhlükəsizlik məsələləri müzakirə edilir like
  • 12 İyn 11:02  
Digərləri Milli Məclisdə ATƏT PA ilə birgə regional təhlükəsizlik məsələləri müzakirə edilir

Bakıda Azərbaycan Milli Məclisinin təşkilatçılığı və ATƏT Parlament

arrow Ətraflı
Rihanna: "Ana olmaq istəyirəm” like
  • 12 İyn 11:01  
Digərləri Rihanna: "Ana olmaq istəyirəm”

31 yaşlı dünya ulduzu Rihanna "Interview Magazine" jurnalı üçün

arrow Ətraflı
Ərdoğan sabah Nazirlər Kabinetini toplayır – NİYƏ? like
  • 12 İyn 10:53  
Digərləri Ərdoğan sabah Nazirlər Kabinetini toplayır – NİYƏ?

ABŞ-ın S-400-lə bağlı məktubundan sonra Türkiyənin atacağı addımlar m

arrow Ətraflı
Sumqayıtda sərnişin avtobusu qəza törətdi  VİDEO like
  • 12 İyn 10:52  
Digərləri Sumqayıtda sərnişin avtobusu qəza törətdi VİDEO

Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeyd

arrow Ətraflı
Bakıda ÜGTnin informasiya texnologiyaları konfransı və sərgisi işə başlayıb like
  • 12 İyn 10:46  
Digərləri Bakıda ÜGTnin informasiya texnologiyaları konfransı və sərgisi işə başlayıb

Bakıda Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜG

arrow Ətraflı
Azərbaycanlı müğənni xanımından BOŞANDI like
  • 12 İyn 10:45  
Şou-biznes Azərbaycanlı müğənni xanımından BOŞANDI

Mən bu yaxınlarda eşitdim ki, boşanmısan. Dedim yalan söhbət olar.

arrow Ətraflı
"Kontakt home" azərbaycanlı aparıcının ittihamlarına cavab verdi like
  • 12 İyn 10:43  
Şou-biznes "Kontakt home" azərbaycanlı aparıcının ittihamlarına cavab verdi

"Kontakt Home" aparıcı Səma Camalqızının ittihamlarına cavab ve

arrow Ətraflı
Bakıda ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisi işə başlayıb like
  • 12 İyn 10:36  
Digərləri Bakıda ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisi işə başlayıb

Bakıda Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜG

arrow Ətraflı
Ərdoğan müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib like
  • 12 İyn 10:34  
Siyasət Ərdoğan müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sahəsində Azərbaycan

arrow Ətraflı