Ərdoğan sabah Nazirlər Kabinetini toplayır – NİYƏ?


Digərləri 12 İyn 2019 10:53:06 181 0

Ərdoğan sabah Nazirlər Kabinetini toplayır – NİYƏ?

ABŞ-ın S-400-lə bağlı məktubundan sonra Türkiyənin atacağı addımlar müəyyənləşəcək

Bakı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Nazirlər Kabinetini Ankaranın Beştəpə vilayətində toplayacaq. Trend-in məlumatına görə, toplantının əsas gündəmini ABŞ-la gərginliyə yol açan S-400 havadan müdafiə sistemlərinin alınması təşkil edəcək. S-400-lə bağlı ABŞ-dan gələn məktubla yanaşı, F-35 gərginliyi, iqtisadi inkişaf, terrorla mübarizə əməliyyatları və İstanbul seçkilərinin detalları müzakirə ediləcək.