Kaspşik Yerevanda - Paşinyanla Dağlıq Qarabağ münaqişənin nizamlanmasını müzakirə ediblər


Digərləri 12 İyn 2019 10:22:00 187 0

Kaspşik Yerevanda -  Paşinyanla Dağlıq Qarabağ münaqişənin nizamlanmasını müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Bakı. Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. Trend-in erməni KİV-ə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişənin nizamlanması və sülh şəraitinin yaranmasına təsir edəcək məsələlər müzakirə edilib. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.