Türkiyədə antiterror ƏMƏLİYYATI - 19 İŞİD üzvü saxlanıldı


Digərləri 12 İyn 2019 09:40:52 178 0

Türkiyədə antiterror ƏMƏLİYYATI - 19 İŞİD üzvü saxlanıldı

Türkiyənin ayrı-ayrı hissələrində terror aktları planlaşdırıblar

Bakı. Rufiz Hafizoğlu - Adana, Mersin və Tekirdağda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Trend-in məlumatına görə, əməliyyat nəticəsində terror təşkilatının 19 üzvünün saxlanıldığı bildirilir. Məlumata görə, saxlanılanlar hamısı Türkiyə vətəndaşlarıdır. Onların Türkiyənin ayrı-ayrı hissələrində terror aktları planlaşdırdıqları məlum olub. Antiterror əməliyyatı ilə bağlı başqa detallar açıqlanmayıb.