Yəməndə neft borusunda partlayış olub


Dünya 11 İyn 2019 23:17:00 215 0

Yəməndə neft borusunda partlayış olub

Yəmənin Şabva vilayətindəki neft borusunda silahlılar tərəfindən partlayış törədilib.

Son.az Trend-ə istinadən bildirir ki, silahlılar Şabva vilayətinin cənub-şərqində yerləşən Radum şəhərinin yaxınlığında neft nəqli boru kəmərini partladıblar.

Qeyd edilir ki, yerli təhlükəsizlik qüvvələri boru kəmərinin partlayışını törədən silahlıları təqib etmək üçün tədbirlər görür.