Putinin Yerevana səfəri gözlənilir


Dünya 11 İyn 2019 22:31:00 210 0

Putinin Yerevana səfəri gözlənilir

"Oktyabrın biri Rusiya Prezidenti Vladimir Putinin Yerevana səfəri gözlənilir".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Sergey Kopırkin bildirib.

Səfir qeyd edib ki, Rusiya Prezidenti Avrasiya İqtisadi İttifaqının Ali Şurasının Yerevanda keçiriləcək iclasında iştirak edəcək.

Kopırkin eyni zamanda vurğulayıb ki, Ermənistan - Rusiya arasında sabit şəkildə inkişaf edir və strateji əməkdaşlıq xarakteri daşıyır.

Səfir eyni zamanda qeyd edib ki, Rusiya Ermənistanın əsas iqtisadi tərəfdaşı olaraq qalır.